İmmanuel Kant — Vikipediya İmmanuel Kant Vikipediya, azad ensiklopediya Jump to navigation Jump to search İmmanuel Kant alm. Immanuel Kant‎ Doğum tarixi 22 aprel 1724(1724-04-22)[1][2][3][…] Doğum yeri Köniqsberq, Prussiya[4] Vəfat tarixi 12 fevral 1804(1804-02-12)[1][2][3][…] (79 yaşında) Vəfat yeri Köniqsberq, Prussiya[4] Dəfn yeri Köniqsberq kafedralı[d][5] Vətəndaşlığı  Prussiya  Prussiya Elm sahəsi epistemologiya, metafizika, etika İş yeri Kateqoriya:Köniqsberq Universiteti[d] Təhsili Kateqoriya:Köniqsberq Universiteti[d] Tanınmış yetirmələri Yohann Qotlib Fixte, Markus Qerç[d][6] Üzvlüyü Prussiya Elmlər Akademiyası[d], Rusiya Elmlər Akademiyası  Vikianbarda əlaqəli mediafayllar İmmanuel Kant (alm. Immanuel Kant‎, 22 aprel 1724(1724-04-22)[1][2][3][…], Köniqsberq[4] – 12 fevral 1804(1804-02-12)[1][2][3][…], Köniqsberq[4]) — görkəmli alman filosofu, neoklassik alman fəlsəfəsinin banisi, müasir Avropa fəlsəfə tarixinin ən nüfuzlu nümayəndələrindən, Qərbi Avropada İntibah dövrünün son böyük filosoflarından biri. İmmanuel Kant tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib. Mündəricat 1 Həyatı 2 Fəlsəfəsi, yaradıcılığı 3 İstinadlar 4 Xarici keçidlər Həyatı[redaktə | əsas redaktə] İmmanuel Kant İmmanuel Kant 1724-cü il aprelin 22-də Köniqsberq şəhərində kasıb yəhərçi ailəsində doğulmuşdur. Müqəddəs İmmauelin şərəfinə ona bu ad qoyulmuşdur. Teoloq doktor Frans Albert Şulsun təkidi ilə İmmanuel "Fridrixs-Kolleqium" gimanziyasını bitirib Könniqsberq Universitetinə daxil olmuşdur. Atasının vaxtsız vəfatı ona universiteti bitirməyə imkan verməmiş və İmmanuel 10 yaşı olarkən ev müəllimliyi etməyə başlamışdır. 1755-ci ildə Kant dissertasiya müdafiə etdiyi və doktoluq dərəcəsi aldığı üçün universitetdə müəllim kimi dərs demək ixtiyarı qazanmışdır. 1770-1797-ci illərdə Kant universitetdə daha geniş sahədə — fəlsəfə, riyaziyyat, fizika elmləri sahəsində müəllimlik etmişdir. Sağlamlığının qeydinə qalaraq özünü çox ciddi rejimdə işləməyə məcbur etmişdir. Buna görə də əksər dostlarından daha çox yaşamışdır. Ailəli olmamışdır. Fəlsəfəsi, yaradıcılığı[redaktə | əsas redaktə] Kant fəlsəfədə çevriliş etmiş, idrakı öz qanunları ilə cərəyan edən fəaliyyət kimi dəyərləndirmişdir. O, ilk dəfə fəlsəfədə dərk edilən substansiyanın strukturunu deyil, idrakın predmet və üsulunu müəyyənləşdirən başlıca amili, dərk edilən subyektin spesifikasiyasını nəzərdən keçirmişdir. İmmanuel Kantın Belu-Orizontunda (Braziliya) abidəsi Kant, qneseologiyanı əsas fəlsəfə etdi, onun predmeti isə nə təbiət, nə dünya, nə də insan idi. Qneseologiyanın predmeti subyektin idraki fəaliyyəti, həmçinin insan əqlinin qanunları və onların hüdudularının müəyyən edilməsi hesab olundu. Ontologiyanın (XVII əsr rasionalizm ideyaları) yerinə Kant qneseologiyanı qoydu, substansiyanın metafizikasından subyektin idraki qabiliyyətinin tənqidi təhlilinə keçdi. Kantın məşhur əsərləri: "Təmiz idrakın tənqidi" "Əməli idrakın tənqidi" "İdrakın gücünün tənqidi" hesab olunur. "Təmiz idrakın tənqidi"ndə idrak prosesini təhlil etmiş və apriori (təcrübəyə qədər) bilik anlayışını yaratmışdır. Kanta görə, xarici aləm hisslər materiyasını verir, lakin bizim əqlimiz həmin materiyanı məkan və zamanda qaydaya salır, eləcə də anlayış hazırlayır ki, həmin anlayışın köməyi ilə biz təcrübəni başa düşürük. Bizim hisslərimizin səbəbi olan dünya özündə şeydir və dərkedilməzdir. Bu dünya, yəni şey özündə məkan və zamanda yerləşmir və substansiya deyildir. Məkan və zaman subyektivdir, onlar subyektin qavrayışı məhsullarıdır (əgər biz mavi eynək taxırıqsa, o zaman bizə hər şey mavi görünür. Biz elə bil əqlimizdə məkan eynəkləri taxırıq və sonra düşünürük ki, məkanda hər şeyi görürük. Beləliklə, həndəsə bu mənada apriordur ki, bütün qavranılan hər şeyin həqiqəti olmalıdır, lakin bizim qavramadığımızın analoji olaraq belə olduğunu qəbul etməyə haqqımız yoxdur. Kantın fikrincə, idrak prosesinin çətinliyi qarşılıqlı olaraq bir-birini rədd edən əql mühakimələri (daha dəqiq desək, antinomiyalar) doğurur. Onların hər biri həqiqi kimi sübut oluna bilər. Kant belə antinomiyalardan 4-nü misal gətirir (onların hər biri tezis və antitezisdən ibarətdir): Birinci antinomiya: "Dünya zamanda başlanğıca malikdir və yalnız məkanda məhduddur" (tezis). "Dünya zamanda başlanğıca malik deyil və məkanda sonsuz-dur. O, həm məkanda, həm də zamanda sonsuz"dur (antitezis). İkinci antinomiya: sübut edir ki, hər bir mürəkkəb substansiya sadə hissələrdən həm ibarətdir, həm də ibarət deyildir. Üçüncü antinomiya: iki növ səbəbiyyət mövcudur; biri təbiətin qanunlarına müvafiq gəlir, digəri azadlığa (tezis); təbiətin qanunlarına müvafiq gələn səbəbiyyət mövcuddur (antitezis). Dördüncü antinomiya: sübut edir ki, mütləq zəruri varlıq həm mövcuddur, həm də mövcud deyildir. İmmanuel Kantın qəbri bu gün Kantın antinomiya haqqında təlimi Hegelə böyük təsir göstərmişdir. Təsadüfi deyildir ki, onun dialektikası antinomiyalar yolu ilə qurulmuşdur. Kantın etikası, yaxud əqlin əməli tətbiqi təlimi "Əməli idrakın tənqidi" və qısa şəkildə desək, "Proleqomenlər" əsərlərində nəzərdən keçirilmişdir. Kantın etikası tarixi- fəlsəfi əhəmiyyətə malikdir ki, burada da "qəti imperativ" mühüm yer tutur. Məsələ burasındadır ki, Kantı əxlaqa utilitar yanaşma təmin etmirdi. Çünki burada əxlaqın məqsədləri onun özündən kənarda hesab olunur. O, tam təcrid olunmuş əxlaq metafizikasını əldə etməyə çalışırdı. Özü də bu əxlaq nə teologiya, nə də başqa bir şeylə şərtlənmir. Kant hesab edirdi ki, bütün əxlaqi anlayışlar öz yeri və mənşəyinə görə əqldə tam aprioridir. Əxlaqi dəyərlər insanın borc hissindən çıxış edərək fəaliyyət göstərdiyi zaman mövcud olur. Həm də borcu tələb etdiyi səviyyədə olan fəaliyyət kifayət deyildir. Tacirin düzlüyü əgər onun marağı ilə şərtlənirsə o, yaxşı hesab oluna bilməz. Əxlaqın mahiyyəti qanun anlayışından çıxarılmalıdır. İmmanuel Kantın Kalininqradda (Köniqsberq) (Rusiya) abidəsi Qanun əqlin əmridir, əmrin formulu isə imperativ adlanır. Kanta görə iki imperativ var: Şərti imperativ (siz filan- filan məqsədə çatmaq istəyirsinizsə, filan- filan işləri görməlisiniz) Qəti imperativ apriordur. Qəti imperativ müəyyən fəaliyyət tipi məqsədə münasibətsiz obyektiv olaraq zəruridir. "Proleqomenlər…"də yazırdı: "Antropologiyaya məxsus olan tam şəkildə empiriklikdən təmizlənmiş təmiz əxlaq fəlsəfənin işlənib hazırlanması olduqca zəruridir…" Əxlaqi qanun mütləq zərurətdir: "yalan danışma" nəsihəti, məsələn, təkcə adamlar üçün gerçəklik deyil, ümumiyyətlə ağıllı canlıların hamısı üçün vacibdir. Deməli, borcun əsasını təkcə insanın təbiətində deyil, yaxud onun sürüldüyü şəraitdə deyil, əksinə, a prioridə sırf şəkildə təmiz idrakın anlayışlarında axtarılmalıdır. Yalnız bir qəti imperativ var ki, o da Kanta görə aşağıdakı kimidir: "Elə hərəkət et ki, sənin hərəkətinin əxlaq qaydası ümumi qanun ola bilsin". Yaxud da "Elə hərəkət et ki, sənin iradənin əxlaq qaydası eyni zamanda ümumi qanun-vericilik prinsipi qüvvəsinə malik olsun". Kant bunu belə aydınlaşdırırdı. Pul borc almaq düzgün deyil. Çünki hamı borc alarsa, pul qalmaz. Beləliklə, qəti imperativ tərəfindən oğurluq, adam öldürmək və s. mühakimə olunurdu. Bu və ya digər hərəkət yalnız o zaman əxlaqi hesab olunurdu ki, bu hamı üçün qanuna çevrilə bilsin. Kantın insanın borcu və ləyaqəti haqqındakı mühakimələri də bununla əlaqədar idi. Belə bir sual verilirdi: insan üçün qiymətli nədir? Ləyaqət, yoxsa həzz? Ləzzətdə, həzzdə keçən həyat heç bir qiymətə malik deyildir. Öz ləyaqətini qoruyan insan hər şeyi, hətta həyatını itirməyə hazırdır. Ləyaqətin mənbəyi və şərhləri nədir? Bu, insanın özünün özü üzərində yüksəlməsidir. İnsan borcunu başa düşərək yaşayır və fəaliyyət göstərir. Deməli, o, həzz xatirinə yaşamır. AFR poçt markası (1974), İmmanuel Kantın doğulmasının 250-ci il dönümü münasibətilə Kantın konsepsiyasının təhlilinin sonunda qeyd edə bilərəm ki, o, cəmiyyət haqqında da maraqlı fikirlər söyləmişdir. Onun "Əbədi sülh haqqında" traktatında azad dövlətlər federasiyasının yaradılması ideyası irəli sürülmüşdür. Həmin dövlətlər müharibəni qadağan edən müqavilələr bağlayırlar. Əql müharibəni mühakimə edir, onu aradan qaldırmaq isə Beynəlxalq hökumətin işidir. Ayrı- ayrı dövlətlərin vətəndaş konstitusiyaları respublikaçı olmalıdır. Kant fəlsəfəsi, Hegel, Fixte, Şiller, Feyerbax və s. klassik alman fəlsəfəsi nümayəndələrinin işlərinə güclü təsir etmişdir. İstinadlar[redaktə | əsas redaktə] ↑ 1 2 3 4 5 6 Bibliothèque nationale de France BnF identifikatoru: açıq məlumat platforması — 2011. ↑ 1 2 3 4 5 6 Brockhaus Enzyklopädie ↑ 1 2 3 4 5 6 Brockhaus Enzyklopädie ↑ 1 2 3 4 Almaniya Milli Kitabxanası, Berlin Dövlət Kitabxanası, Bavariya Dövlət Kitabxanası və b. Record #118559796 // Ümumi tənzimləmə nəzarəti (GND) — 2012—2016. ↑ https://fr.wikipedia.org/wiki/Cath%C3%A9drale_de_K%C3%B6nigsberg ↑ Mathematics Genealogy Project — 1997. Xarici keçidlər[redaktə | əsas redaktə] Vikisitatda İmmanuel Kant ilə əlaqədar sitatlar var. Adil Əsədov “Zəka nuru” proqramı üzrə “Dahilər” seriyasından İmmanuel Kantla bağlı çıxış etmişdir 1. 2. 3. 4. 5.6. Kant, Immanuel (ru) "Fəlsəfə" portalı  Filosof ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=İmmanuel_Kant&oldid=5466005" Kateqoriyalar: 22 apreldə doğulanlar 1724-cü ildə doğulanlar Prussiyada doğulanlar 12 fevralda vəfat edənlər 1804-cü ildə vəfat edənlər Köniqsberqdə vəfat edənlər Köniqsberq Universitetinin məzunları Əlifba sırasına görə alimlər Filosof qaralamaları Almaniya filosofları Poçt markalarında şəxslər Almaniya antropoloqları Ontoloqlar İdeyalar tarixi İdealistlər Metafiziklər Rasionalistlər Epistemoloqlar Gizli kateqoriyalar: Vikipediya:Vikiverilənlərdə mənbələri olan məqalələr Vikipediya:Vikiverilənlərdə dəyəri müəyyən olunmuş məqalələr Naviqasiya menyusu Alətlər sandığı Daxil olmamısınız Müzakirə Fəaliyyətim Hesab yarat Daxil ol Adlar fəzası Məqalə Müzakirə Variantlar Görünüş Oxu Redaktə Əsas redaktə Tarixçə More Axtar Bələdçi Ana Səhifə Kənd meydanı Aktual hadisələr Son dəyişikliklər Təsadüfi səhifə Layihələr Seçilmiş məqalələr Seçilmiş siyahılar Seçilmiş portallar Yaxşı məqalələr Məqalə namizədləri Mövzulu ay Xüsusi Maddi kömək Qaralama dəftəri Kömək Alətlər Səhifəyə keçidlər Əlaqəli redaktələr Fayl yüklə Xüsusi səhifələr Daimi keçid Səhifə məlumatları Bu məqaləyə istinad et Vikiverilənlər elementi Çap et/ixrac Kitab yarat PDF olaraq yüklə Çap variantı Digər layihələrdə Vikianbar Vikisitat Başqa dillərdə Afrikaans Alemannisch አማርኛ Aragonés العربية الدارجة مصرى Asturianu Aymar aru تۆرکجه Башҡортса Žemaitėška Bikol Central Беларуская Беларуская (тарашкевіца)‎ Български भोजपुरी বাংলা Brezhoneg Bosanski Буряад Català Chavacano de Zamboanga Нохчийн Cebuano کوردی Čeština Чӑвашла Cymraeg Dansk Deutsch Zazaki Ελληνικά Emiliàn e rumagnòl English Esperanto Español Eesti Euskara Estremeñu فارسی Suomi Võro Føroyskt Français Arpetan Nordfriisk Frysk Gaeilge 贛語 Kriyòl gwiyannen Gàidhlig Galego ગુજરાતી עברית हिन्दी Fiji Hindi Hrvatski Magyar Հայերեն İnterlingua Bahasa Indonesia Interlingue Ilokano Ido Íslenska İtaliano 日本語 Patois Jawa ქართული Qaraqalpaqsha Taqbaylit Kabɩyɛ Қазақша ಕನ್ನಡ 한국어 Kurdî Кыргызча Latina Lëtzebuergesch Лезги Lingua Franca Nova Limburgs Ligure Ladin Lumbaart لۊری شومالی Lietuvių Latviešu मैथिली Malagasy Македонски മലയാളം Монгол मराठी Кырык мары Bahasa Melayu Malti Mirandés မြန်မာဘာသာ Эрзянь Nāhuatl Plattdüütsch नेपाली नेपाल भाषा Nederlands Norsk nynorsk Norsk bokmål Occitan Livvinkarjala ਪੰਜਾਬੀ Polski Piemontèis پنجابی پښتو Português Runa Simi Rumantsch Română Русский Русиньскый Kinyarwanda संस्कृतम् Саха тыла Sardu Sicilianu Scots Srpskohrvatski / српскохрватски Simple English Slovenčina Slovenščina Shqip Српски / srpski Sunda Svenska Kiswahili தமிழ் తెలుగు Тоҷикӣ ไทย Tagalog Tok Pisin Türkçe Татарча/tatarça Українська اردو Oʻzbekcha/ўзбекча Vepsän kel’ Tiếng Việt West-Vlams Volapük Winaray 吴语 მარგალური ייִדיש Yorùbá Zeêuws 中文 文言 Bân-lâm-gú 粵語 Keçidlərin redaktəsi Bu səhifə sonuncu dəfə 14 sentyabr 2020 tarixində, saat 12:26-də redaktə edilib. Mətn Creative Commons Attribution-ShareAlike lisenziyası altındadır, bəzi hallarda əlavə şərtlər tətbiq oluna bilər. Ətraflı məlumat üçün istifadə şərtlərinə baxın. Məxfilik siyasəti Vikipediya haqqında İmtina etmə Mobil görüntü Tərtibatçılar Statistics Kökə məlumatı