Sevgi — Vikipediya Sevgi Vikipediya, azad ensiklopediya Jump to navigation Jump to search Pierre Auguste Cot (1873) Sevgi və ya Məhəbbət — emosional keçid mərhələlərində insanların biri-birinə isinişməsidir.müxtəlif emosional halların birgə yaşanması nəticəsində meydana çıxıb, mexanizmi – əsasən beyinin assosiativ funksiyasına əsaslanır. Belə ki, burada davamlı emosional kontaktın (transferin) meydana gəlməsi üçün emosiyanı qıcıqlandıran müxtəlif xarici təsirlərin mövcudluğu zəruri şərtdir, məsələn, təbiət mənzərələrinin birgə seyri, birgə musiqi dinlənilməsi, müxtəlif həyəcanlı, sevincli situasiyaların, rəngarəng epizodların, lirik anların birgə yaşanması və s. kimi. Alınan təəssüratın qüvvəsi gələcəkdə yaranacaq emosional kontaktın (transferin) qüvvəsini xarakterizə edir ki, sonradan bu kontaktın qırılması müxtəlif psixi travmalara gətirib çıxarır. Ümumi halda, insanlar arasında davamlı emosional kontaktın ("cazibənin") meydana çıxması üçün onların bioloji (bədən quruluşu, boy, səs amplitudası, köklük, dərinin, saçın, gözün və s. rəngi) və emosional (temperament) xüsusiyyətlərinin kontrastlılığı (biri-birini tamamlaması); intellektual (dünyagörüş, etik və estetik normalar sistemi, həyata baxış, bilik əmsalı) və iradi (stereotiplər sistemi ilə əlaqədar) xüsusiyyətlərinin uyğunluğu zəruri şərtlərdəndir. Həmçinin, tərəflərin biri-birinə (birtərəfli məhəbbətdə biri digərinə) isinişə bilməsi, vərdiş edə bilməsi üçün onların vaxtaşırı görüşməsi, biri-birlərini müxtəlif epizodlarda seyr edə bilməsi, tərəflərin bir-birinin (birtərəfli məhəbbətdə biri digərinin) rifah və təhlükəsizliyinin qarantı olması və s. kimi faktorlar xüsusi əhəmiyyətlidir. Mündəricat 1 Məhəbbət psixi sindrom kimi 2 Məhəbbətin zahiri əlaməti 3 Mənbə 4 Həmçinin bax Məhəbbət psixi sindrom kimi[redaktə | əsas redaktə] Burada, həmçinin ilkin təəssüratda formalaşan gələcək rəftar modeli də, münasibətin sonrakı inkişafına aktiv təsir göstərən amillərdəndir. Ümumi halda, təbabətdə məhəbbət – xüsusi psixi sindrom növü kimi qəbul edilməsə də onun yaranması və inkişafı istənilən digər psixi sindromdan heç nə ilə fərqlənmir və beyində olduğu müddətdə subyektin davranış və düşüncəsinə, ətraf aləmə münasibətinə və s. aktiv təsir göstərir. Məhəbbətin zahiri əlaməti[redaktə | əsas redaktə] Fərd məhəbbət (simpatiya) bəslədiyi şəxslə daha tez-tez görüşməyə can atır; Onunla görüş zamanı emosional aktivləşir, göz bəbəkləri böyüyür, parlaqlaşır (qanda adrenalinin miqdarının artması səbəbindən); nəbzi, göz qırpması, tənəffüsü sürətlənir (qanda cinsi hormonlar olan testosteronun miqdarının artması səbəbindən); danışığında (eləcə də, davranışında) məntiqi forma və məzmun azalır, buna müvafiq olaraq nitqi və davranışı oynaq, obrazlı və rabitəsiz forma alır (qanda həzz hormonu olan endorfinin miqdarının artımı səbəbindən); görüş zamanı Ona daha yaxın məsafədə durmağa can atır (dərinin elektrik müqavimətinin artdığı səbəbindən); görüşə can atır və görüşün daha uzunmüddətli olmasına çalışır (məs., onu evinə ötürərkən daha uzaq yolu seçir, tələsmir); Onun emosional halı ona daha tez sirayət edir (məs., Onun şən halında sevinir, kədərlənəndə qəmlənir); Onun yanında özünün yalnız yaxşı (Onun zövqünə uyğun) cəhətlərini büruzə verməyə cəhd edir (o cümlədən, səs tonu, davranışı, ətraf aləmə münasibəti və s. dəyişir); eləcə də, Onda yalnız yaxşı cəhətləri görür, mənfiləri sezmir, sezsə də dərhal rasionallaşdırır; Onun yanında «açıq tipli» jestlərdən daha çox istifadə edir (məs., söhbət əsnasında hərdən qeyri-şüuri olaraq başmaqlarını çıxarıb ayağının ucunda oynatması kimi); Fikirlərinin çox hissəsini O məşğul edir, o cümlədən, Onunla bağlı mövzular (taleyi, bioqrafiyası, həyat yolu və s.) onu daha çox maraqlandırır, bu barədə daha çox sual verir (istər Onun özünə və istərsə də ətrafdakılara); Görüş zamanı diqqəti başqalarına nisbətən ən çox Onun danışdıqları və ya mimikaları üzərində cəmlənir; Onun fikirlərinə avtoritet kimi inanır və Ona etimad göstərir, Onun hər hansı adi cəhətində də bir qeyri-adilik, təkrarsızlıq görür, valeh olur; Uzun müddət xəyalında canlandırdığından, Onu özünün lap uşaqlıqdan tanıdığı bir dostu kimi qəbul edir; Onunla öz arasında günü-gündən daha çox ümumiliklər axtarıb tapır, məs., zövqləri, baxışları, dünyagörüşləri, həyat yolları və s. arasında; münasibətlərin korlanmaması xatirinə mübahisədə güzəştə gedir, Ona qarşı olan kompaniyalarda, xarakterindən asılı olaraq, ya Onun müdafiəçisi kimi çıxış edir ya da kompaniyadan təcrid olur; Ona qarşı onda himayəçilik hissi yaranır, eləcə də, Onun yanında özünü daha qorxusuz, inamlı və arxayın hesab edir; Müəyyən səbəbdən hissini ətrafdakılardan gizlətmək məcburiyyətində qaldıqda zahirən dalğın, emosional süst, yuxu və iştah rejimi pozulmuş, qeyri-aktiv, sosial izolyasiyalı, diqqətsiz və s. olur. Vikisitatda Sevgi ilə əlaqədar sitatlar var. Mənbə[redaktə | əsas redaktə] Məhəbbət psixologiyası Həmçinin bax[redaktə | əsas redaktə] Sevgi divarı Qarşılıqsız sevgi Duyğular Duyğusal Sitayiş  · Əzab  · Ağrı  · Zəhm  · Əyləncə  · Hirs  · Acıqlanma  · İztirab  · Məmnuniyyət  · Məğlubiyyət  · Depressiya  · Kefsizlik  · Böhran  · Məyusluq  · Nifrət  · Xəcalət  · Həvəs  · Paxıllıq  · Həyəcan  · Qorxu  · Xəyal qırıqlığı  · Qəm  · Günahkarlıq  · Xoşbəxtlik  · Vətən həsrəti  · Dəhşət  · Düşmənçilik  · Alçalma  · İsteriya  · Təhlükəsizlik  · Təhqir  · Maraq  · Qıcıqlanma  · Təcrid  · Qısqanclıq  · Tənhalıq  · Təşviqat  · Sevgi  · Şəhvət  · Şəfqət  · Melanxoliya  · Baxımsızlıq  · Nostalji  · Nikbinlik  · Vahimə  · Ehtiras  · Mərhəmət  · Zövq  · İftixar  · Qəzəb  · Təəssüf  · İmtina  · Vicdan əzabı  · Narazılıq  · Kədər  · Sentimentallıq  · Ayıb  · Kədər  · Kin  · Şok  · Dözmək  · Sürpriz  · Rəğbət  · Gərginlik  · Həyəcan  · Təəccüb  · Narahatlıq Dünyagörüşü Bağdaşırcılık  · Mövcudluq  · Fatalizm  · İnkompatibilizm  · Metafizik  · Nihilizm  · Optimizm  · Pessimizm  · Zahid  · ictimai ədalət  · Dünyadan yorğunluq Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=Sevgi&oldid=5615211" Kateqoriyalar: Hislər Məhəbbət Naviqasiya menyusu Alətlər sandığı Daxil olmamısınız Müzakirə Fəaliyyətim Hesab yarat Daxil ol Adlar fəzası Məqalə Müzakirə Variantlar Görünüş Oxu Redaktə Əsas redaktə Tarixçə More Axtar Bələdçi Ana Səhifə Kənd meydanı Aktual hadisələr Son dəyişikliklər Təsadüfi səhifə Layihələr Seçilmiş məqalələr Seçilmiş siyahılar Seçilmiş portallar Yaxşı məqalələr Məqalə namizədləri Mövzulu ay Xüsusi Maddi kömək Qaralama dəftəri Kömək Alətlər Səhifəyə keçidlər Əlaqəli redaktələr Fayl yüklə Xüsusi səhifələr Daimi keçid Səhifə məlumatları Bu məqaləyə istinad et Vikiverilənlər elementi Çap et/ixrac Kitab yarat PDF olaraq yüklə Çap variantı Digər layihələrdə Vikianbar Vikisitat Başqa dillərdə Afrikaans Akan Alemannisch አማርኛ Aragonés Ænglisc العربية الدارجة مصرى অসমীয়া Asturianu تۆرکجه Башҡортса Boarisch Žemaitėška Беларуская Беларуская (тарашкевіца)‎ Български বাংলা བོད་ཡིག Brezhoneg Bosanski Буряад Català Mìng-dĕ̤ng-ngṳ̄ Нохчийн کوردی Corsu Čeština Чӑвашла Cymraeg Dansk Deutsch Ελληνικά English Esperanto Español Eesti Euskara Estremeñu فارسی Suomi Français Frysk 贛語 Kriyòl gwiyannen Gàidhlig Galego Avañe'ẽ गोंयची कोंकणी / Gõychi Konknni ગુજરાતી Hausa 客家語/Hak-kâ-ngî עברית हिन्दी Fiji Hindi Hrvatski Kreyòl ayisyen Magyar Հայերեն İnterlingua Bahasa Indonesia Igbo Ilokano Íslenska İtaliano ᐃᓄᒃᑎᑐᑦ/inuktitut 日本語 Patois Jawa ქართული Қазақша ភាសាខ្មែរ ಕನ್ನಡ 한국어 कॉशुर / کٲشُر Ripoarisch Kurdî Кыргызча Latina Ladino Lëtzebuergesch Limburgs Ligure Lumbaart Lingála Lietuvių Latviešu Македонски മലയാളം Монгол मराठी Bahasa Melayu Malti Mirandés မြန်မာဘာသာ Nāhuatl नेपाली नेपाल भाषा Nederlands Norsk nynorsk Norsk bokmål Occitan ଓଡ଼ିଆ ਪੰਜਾਬੀ Picard Polski Piemontèis پنجابی پښتو Português Runa Simi Română Русский Русиньскый Саха тыла ᱥᱟᱱᱛᱟᱲᱤ Sardu Sicilianu سنڌي Srpskohrvatski / српскохрватски සිංහල Simple English Slovenčina Slovenščina Soomaaliga Shqip Српски / srpski SiSwati Svenska Kiswahili தமிழ் Тоҷикӣ ไทย Türkmençe Tagalog Türkçe Xitsonga Татарча/tatarça ئۇيغۇرچە / Uyghurche Українська اردو Oʻzbekcha/ўзбекча Vepsän kel’ Tiếng Việt Walon Winaray 吴语 მარგალური ייִדיש 中文 文言 Bân-lâm-gú 粵語 Keçidlərin redaktəsi Bu səhifə sonuncu dəfə 27 noyabr 2020 tarixində, saat 22:55-də redaktə edilib. Mətn Creative Commons Attribution-ShareAlike lisenziyası altındadır, bəzi hallarda əlavə şərtlər tətbiq oluna bilər. Ətraflı məlumat üçün istifadə şərtlərinə baxın. Məxfilik siyasəti Vikipediya haqqında İmtina etmə Mobil görüntü Tərtibatçılar Statistics Kökə məlumatı